Heydər Əliyev muzeyinə ekskursiya təşkil edilib

Heydər Əliyev muzeyinə ekskursiya təşkil edilib

17 iyun 2021-ci il tarixində Kürdəmir rayon Carlı kənd orta məktəbinin bir qrup şagirdi Kürdəmir rayon Heydər Əliyev mərkəzinə ekskursiya

ediblər. Mərkəzinin bələdçisi Aynurə Mehdizadə şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti haqqında ətraflı məlumat verib.Şagirdlər həmçinin müzeydə tərtib edilən “Vətən Müharibəsinin Qəhrəmanları”adlı guşə ilə də tanış olublar. Bu guşədə Vətən müharibəsində şəhid olmuş kürdəmirli gənclərin qəhrəmanlığı və keçdikləri şərəfli döyüş yolu haqqında ekskursiyaçılara məlumatlar verilib.