"Heydər Əliyevin hakimiyyətə qayıdışı " mövzusunda mühazirə keçirilib

"Heydər Əliyevin hakimiyyətə qayıdışı " mövzusunda mühazirə keçirilib

14 iyun 2021-ci il tarixində Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyevin siyasi irsinin təbliği ilə əlaqədar olaraq

“Heydər Əliyevin hakimiyyətə qayıdışı“mövzusunda mühazirə keçirilib.

Tədbirdə Kürdəmir şəhər 2 saylı tam orta məktəbin bir qrup şagirdi, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, mərkəzin bələdçisi Aynurə Mehdizadə, mərkəzin elmi işçisi Nanəgül Həmidova, 2 saylı orta məktəbin müəllimi Mələk Məmmədova iştirak edib.

Kürdəmir rayon Heydər Əliyev Mərkəzinnin bələdçisi Aynurə Mehdizadə ilk olaraq mərkəzə gələn qonaqlara Ulu Öndər Heydər Əliyevin həyat və və siyasi fəaliyyəti haqqında geniş və ətraflı məlumat verdi. Daha sonra mərkəzin elmi işçisi Nanəgül Həmidova “ Heydər Əliyevin hakimiyyətə qayıdışı” mövzusunda mühazirəni tədbir iştirakçılarına təqdim etdi.