Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə onlayn tədbir keçirilib

Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə onlayn tədbir keçirilib

25 sentyabr 2020 – ci il tarixində Kürdəmir regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılğı ilə İkinci Dünya müharibəsi illərində antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə onlayn tədbir keçirilib. Tədbirdə Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova İkinci Dünya müharibəsində Azərbaycan döyüşçülərinin rolu, onların göstərdikləri qəhrəmanlıq nümunələri barədə məlumat verib.

Fransada yaşayan əslən azərbaycanlı yazıçı Şahin Sinarianın müəllifi olduğu Əhmədiyyə Cəbrayılova həsr olunmuş “Bir ömür iki tale” kitabı üzərində apardığı yaradıcılıq işindən, qəhrəmanın keçdiyi rəşadətli döyüş yolundan danışıb. Onlayn tədbirdə Kürdəmir rayon Heydər Əliyev mərkəzinin fond mühafizi Xəyyam Məlikov müasir gəncliyin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində belə qəhrəmanların həyat yolunun öyrənilməsinin böyük əhəmiyyətindən söz açdı. Kürdəmir MKS-nin direktoru İradə Mahmudova Əhmədiyyə Cəbrayılov haqqında təşkil edilmiş videoçarxlardan və sosoal şəbəkələrdə qəhrəmanımız haqqında materialların təbliğindən söz açdı.Tədbirdə Kürdəmir Tarix-diyarşünaslıq muzeinin direktoru Altay İslamzadə qəhrəmanlıq tariximizin şanlı şəlnaməsin təbliğ edilməsinin vacibliyinin və aktuallığından danışdı.

Şəhər 5 saylı məktəbin müəlliməsi Afaq İsmayılova belə videotədbirlərə yuxarı sinif şagirdlərinin və müəllimlərin cəlb edilməsindən və məktəb və mədəniyyət müəsisələrinin birgə əməkdaşlığının əhəmiyyətindən söz açdı.