"Ana dilim-Doğma dilim " adlı virtual ser müsabiqəsi keçirildi

"Ana dilim-Doğma dilim " adlı  virtual ser müsabiqəsi keçirildi

27 iyul 2020 – ci il tarixində Kürdəmir Regional Mədəniyət İdarəsi Kürdəmir rayon Heydər Əliyev mərkəzi və Kürdəmir rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş “Ana dilim –Doğma dilim” adlı virtual müsabiqə təşkil edilmişdir. Bu müsabiqənin keçirilməsində məqsəd yeniyetmə və gənclərin bədii-estetik səviyyəsini yüksəltmək, incəsənətimizin, mədəniyyətimizin, ədəbiyyatımızın ,ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. Müsabiqədə 2020 – ci ilin iyul ayının 1 – dən – 25 dək qeydiyyatdan keçmiş 7-17 yaş arası 55 nəfər uşaq, yeniyetmə və gənc iştirak etmişdir. Müsabiqənin iştirakçılarının təqdim etdikləri ana dilimizə həsr edlmiş şeirlər münsiflər heyəti tərəfindən yüksək səviyyədə qarşılanmışdır. Müsabiqənin sonunda qaliblər müəyyənlədirildi.

Münsiflərin rəyinə əsasən müsabiqədə biricinci yerə Mürsəlli Ayan Ramil qızı, İkinci yecə Hilalova Şəfa Alik qızı, üçüncü yerə Qənbərli Ləman Rəşad qızı layiq görüldülər.

Qaliblərə hədiyyə və diplomlar təqdim olunacaq.