"Tovuz döyüşlər-Ordumuzun gücü" onlayn mühazirə canlı yayım

"Tovuz döyüşlər-Ordumuzun gücü" onlayn mühazirə  canlı yayım

23 iyul 2020-ci iltarixində Kürdəmir rayon Heydər Əliyev ərkəzində "Tovuz döyüşlər-Ordumuzun gücü" onlayn mühazirə canlı yayımlanıb.

Ana Vətən ulu əcdadlarımızın havasını udduğu, suyunu içdiyi, gömüldüyü, bu gün bizi qoynunda daşıyan, əvvəlimiz və sonumuz olan torpaqdır. Vətən müqəddəsdir. Ona sevgi olmayan qəlbdə ülvi hisslərə yer olmaz.

Vətənini tanımayan, ondan üz döndərən bir gün hər kəsdən, öz vicdanından da üz döndərər. Ümummilli lider Heydər Əliyev deyib ki, "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır".

Normal düşüncə tərzi olan hər kəsin daxilində Vətənə sevgi yaşayır. Bu sevgi yüksək olduqca böyük şəxsiyyətlər yetişdirir. Ana Vətən məhz belə böyük şəxsiyyətlərin qollarına söykənir və adı ucalır.

Təcavüzkar Ermənistanın 12 iyul günorta saatlarından dövlət sərhədimizin Tovuz rayonu istiqamətində xaincəsinə hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda düşmənə ağır zərbə endirildi, çoxlu sayda hərbi texnikası ssıradan çıxarılıb, canlı qüvvəsi məhv edildi. Əsgər və yüksək rütbəli bir neçə zabitimiz qəhrəmancasına şəhid olsa da, qanları yerdə qalmadı, qisasları alındı. Bu hadisələr ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyini yenidən təsdiq etdi. Azərbaycan ordusu bir daha göstərdi ki, Ermənistan ordusu onun qarşısında aciz və cılızdır.

Bərbad halda olan idarəçiliyindən narazılıqları azalda, dərinləşən sosial-iqtisadi böhrandan, koronovirus pandemiyası burulğanından çıxa bilmədiyi üçün N.Paşinyan təxribat törədərək Azərbaycan timsalında ümumi düşmən obrazı yaradıb ictimai rəyi daxili problemlərdən və özünün qurduğu diktaturadan yayındırmağa yönəltmək məqsədi güdürdü. Azərbaycan ordusu Ermənistanın bu arzusunu da puça çıxardı.
Tovuz döyüşləri göstərdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti millətimiz qətiyyətlə müdafiə edir. Əli silah tutan vətənpərvər insanlar bu gün özünü Vətənin əsgəri hesab edir və düşmənin Vətənimizə qarşı uzanan təkcə qanlı əllərini deyil, qollarını da kökündən kəsib atmağa hazırdır. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olmuşdur. Həmçinin iyulun 13-nə keçən gecə ərzində də həmin ərazidə gərginlik davam edib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı və əsgər Elçin Mustafayev də iyulun 13-14 keçən qəhrəmancasına şəhid olublar.

Bu gün Azərbaycan xalqı ayaqdadır, hamı döyüşmək, işğal altında qalan torpaqlarımızı azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişdir. Ehtiyac olmasa da yüz minlərlə soydaşımız döyüşçülərimizə köməyə getmək istədiyini bildirir. Düşmənə qarşı nifrət, axıdılan nahaq qanların qisasının alınması üçün hamıda döyüşkənlik əhval-ruhiyyəsi hakim kəsilib.

General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov və başqaları Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqlar. Onlar döyüş meydanında mərdliklə şəhid oldular, amma döyüşçülərimiz üçün, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi qoyub getdilər. Biz şəhid oğullarımızın xatirəsini daim əziz tutacağıq.

https://youtu.be/MbzkPzJi6Jg