"Narkomaniya bəşəriyyətin bəlasıdır" onlayn mühazirə

"Narkomaniya bəşəriyyətin bəlasıdır" onlayn mühazirə

Narkomaniya bəşəriyyətin bəlasıdır

Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan “ağ ölüm”dür. Narkomaniya yunan sözüdür. “Narko” donub qalmaq, “maniya” psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi, bəşəriyyət uzun illərdir ki, onun törətdiyi dəhşətli fəsadlar qarşısında cavabı tapılmaz sual işarəsinə dönüb Narkotiklərdən istifadə və narkomanlığın tarixi çox qədimdir.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır ki, onun da 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür.

Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.
İstisna deyil ki, Azərbaycanda da narkotiklərin qanunsuz dövriyyəsi və narkotiklərdən istifadə mövcuddur. O da məlumdur ki, inkişaf yolunda inamla irəliləyən ölkəmizdə həyatın bütün sahələrində, o cümlədən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində uğurlu işlər nəzərəçarpacaq dərəcədədir.

Ümummilli lider Heydər Əliyev tərəfındən problemin ilk dəfə dövlət səviyyəsinə qaldırılması, milli Proqramların qəbul edilməsi, BMT-nin bu sahədə qəbul etdiyi Konvensiyalara qoşulması, yeni qanunların qəbul olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dünya birliyinə inteqrasiya proseslərində regional və beynəlxalq layihələrdə iştirak Azərbaycanın narkomaniya ilə mübarizədə fəal və ardıcıl mövqe tutduğunu bir daha nümayiş etdirir

Ölkəmizdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş və 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramı, daha sonra 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop və onların qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün “Dövlət Proqramı və bundan irəli gələrək Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı mübarizə üzrə Dövlət Komissiyyasının 2020-ci ilə dair İş Planı təsdiq edilmişdir. Tədbirlərin icrasına dövlət qurumları ilə yanaşı geniş vətəndaş cəmiyyəti, o cümlədən həmkarlar ittifaqı təşkilatları da cəlb edilib.

Cəmiyyətdə bir problem digərini yaradır. Düşünülməmiş atılan hər addım insanlara heç də hər zaman xoş nəticələr vəd etmir. Elə psixoloji problemləri olan insan da narkotikdən istifadə edərkən bu addımın onu uçuruma aparacağını, məhv edəcəyini düşünmür. Görəsən, ətrafımızdakı insanların bu zəzərli vərdişin əsirinə çevrilməyində günahkar kimdir? Cəmiyyət? İnsan münasibətləri? İnsan özü? Bəlkə daxilimizdəki İBLİS?

https://youtu.be/qv3DbOCSum8