" 1 İyun -Uşaqların Beynəəlxalq Müdafiəsi günüdür" onlayn mühazirə təşkil edildi

" 1 İyun -Uşaqların Beynəəlxalq Müdafiəsi günüdür" onlayn mühazirə  təşkil edildi

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.

Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev Azərbaycan uşaqlarını ən əzizi, doğması hesab edərək demişdir : “ Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır ”.

Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra uşaqların sağlamlığı, təhsili, onların xoşbəxt gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirdi. Müstəqil Azərbaycanı gələcəkdə də yaşadacaq və möhkəmləndirəcək uşaqların, gənc nəslin formalaşması üçün bir sıra fərman və sərəncamlar imzaladı.

Müasir dövrdə qlobal problemlərin bir-birini əvəz etməsi, sivilizasiyalar və mədəniyyətlərin qarşıdurması, qlobal iqlim dəyişiklikləri və digər hadisələr ictimaiyyəti ciddi narahat etsə də, uşaqların taleyinə aid məsələlər gündəmdən düşməmiş, daim diqqət mərkəzində olmuşdur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva Azərbaycanda uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş konfransda demişdir : “ Fikrimcə, uşaqlıq dövrü insan həyatının ən rəngarəng, ən yaddaqalan və ən xoşbəxt dövrüdür. Məhz bu illərdə, bu dövrdə insanın gələcək taleyinin, onun, fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir. Əsrlər boyu bu xüsusiyyət formalaşıb və bu gün də ənənəvi olaraq davam edir ”. Uşaqlar Azərbaycanın sabahı, bizim gələcəyimizdir. Onların qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər Azərbaycanı parlaq, xoşbəxt gələcəyə aparır. Axı, bugünün uşaqları sabahın əsgərləri, müstəqil dövlətimizin aparıcı qüvvələridir. Onların sağlam, savadlı, geniş dünyagörüşə malik şəxs kimi yetişmələri möhkəm təməllər üzərində qurulmuş müstəqilliyimizin əbədiliyindən xəbər verir. Bütün bunların isə təmin olunmasında Heydər Əliyev Fondunun rolu əvəzsizdir.

https://youtu.be/hdn46CBMiCo