Dərnəklər

Mərkəzdə poeziya, rəsm, toxuma və tikmə, rəqs, dərnəyi fəaliyyət göstərir. Bütün dərnəklər 2013-cü ildən fəaliyət göstərir. Kurslarda yaş məhdudiyyəti yoxdur.Kurslar ödənişsizdir.Bu kursları təşkil etməkdə əsas məqsədimiz yeniyetmə və gənclərin öz asudə vaxtlarından səmərəli istfadə etməsi, onların istedadlarının üzə çıxarılması, onlarda vətənpərvərlik hissinin, vətəninə, müstəqil dövlətinə sədaqət ruhunun gücləndirilməsi olmuşdur.

Elə bu məqsədlə Mərkəzimizdə tez-tez müsabiqələr və əlamətdar günlərlə əlaqədar sərgilər təşkil olunur.

Poeziya dərnəyi

Kürdəmir rayon Heydər Əliyev Mərkəzində 2013-cü ildən poeziya dərnəyi fəaliyyət göstərir. Burada həvəskar şairlər, gənc yazarlar və poeziya həvəskarları toplaşır və yaradıcılıqla məşğul olurlar. Dərnək həftədə bir dəfə keçirilir. Dərnək rəhbəri həvəskar yazarlara və şairlərə düzgün istiqamət verir və onlara Azərbaycan ədəbiyyatının görkəmli yazıçı və şairlərinin yaradıcılığı haqqında ətraflı məlumatlar verir. Dərnəyin fəal üzvləri rayonda keçirilən şer müsabiqələrində müntəzəm olaraq iştirak edirlər. Dərnəyin rəhbəri şair Abduləziz Xanəhmədoğludur.

Toxuculuq və tikmə dərnəyi

Toxuculuq və tikmə dərnəyi 2013-cü ildən fəaliyyət göstərir. Burada şagirdlər qədim tikmə və toxuma sənətinin vərdişlərinə yiyələnirlər.

Dərnək həftədə iki dəfə keçrilir. Dərnək üzvlərinin əl işləri rayonda keçirilən sərgilərdə, həmçinin "Bölgələrdən bölgələrə" yaradıcılıq festivallarında nümayiş olunur. Dərnəyin rəhbəri Heyran Cəbrayılovadır.

Rəqs dərnəyi

Rəqs dərnəyi 2013-cü ildər fəaliyyət göstərir. Bu dərnəkdə müxtəlif yaş qrupundan olan uşaqlar və gənclər Azərbaycanın və dünya xalqlarının rəqslərini öyrənirlər. Dərnək üzvləri rayonda keçirilən bayram tədbirlərində fəal iştirak edirlər. Dərnəyin rəhbəri Nurəddin Xalıqovdur.

Dərnək həftədə iki dəfə keçirilir.

Rəsm dərnəyi

Rəsm dərnəyi 2013-cü ildən fəailiyyət göstərir. Dərnəkdə rayonun müxtəlif ümumtəhsil məktəblərindən şagirdlər rəsm çəkmək vərdişlərinə yiyələnirlər. Dərnəyin ən qabiliyyətli üzvlərinin rəsm işləri rayon, respublika və beynəlxalq sərgilərdə nümayiş olunmuşdur. 2017-ci ildə Yunanıstanın Ksanti şəhərində keçirilən "Musiqi cığırı" adlı 7-ci Uşaq İncəsənət Sərgisində dərnəyin üzvü Əhmədova Fidan Elçin qızı 3-cü pillədə yer tutaraq uğur qazanmışdır. Dərnəyin rəhbəri Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin müəllimi Rasim Əliyevdir.

Dərnək həftədə iki dəfə keçirilir.