Rayon haqqında məlumat

Rayon haqqında məlumat

Kürdəmir – «Kür Dəymir» sözlərindən götürüldüyü ehtimal olunur. Yəni Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəmir kimi adlanmış, zaman keçdikcə «Y» samiti assimilyasiya (aşınma) olmuş və «Kürdəmir» şəklində işlənmişdir.

Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən HacıqabulSabirabad, cənubdan İmişli, qərbdən Zərdab, UcarGöyçay, şimaldan isə İsmayıllıAğsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 116,666 min nəfərdir. Mərkəzi Kürdəmir şəhəridir.