44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfər gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan! ” adlı tədbir keçirildi

44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfər gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan! ” adlı tədbir keçirildi

08.11.2021-ci il tarixində Xızı rayonunda "08 noyabr - Zəfər Günü” qeyd edildi.

Xızı rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfər gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan! ” adlı tədbir keçirildi.

Rayon rəhbərliyi, əvvəlcə, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.

Daha sonra Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirakı ilə Şəhidlər Kompleksinə yürüş keçirildi.

Tədbirin bədii hissəsi Xızı rayon Heydər Əliyev Mərkəzi qarşısında musiqili konsert proqramı ilə davam etmişdir. Konsertdə Xızı rayon Uşaq Musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında Vətənpərvər mövzuda musiqilər səsləndirilmişdir.

Sonda Vətən Müharibəsi zamanı şəhid olmuş qəhraman döyüşçülərimizin ailə üzvlərinə və vətən mübaharibəsi iştirakçılarına Ali Baş Komandan İlham Əliyev tərəfindən təltif olunmuş orden və medallar təqdim olunmuşdur.