Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev nəzəri irsində müəllim peşəsi” mövzusunda videokonfrans keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev nəzəri irsində müəllim peşəsi” mövzusunda videokonfrans keçirilib

13 Aprel 2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev nəzəri irsində müəllim peşəsi” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda Pedoqoji Elmlər Doktoru, Professor, Əməkdar müəllim Rüfət Lətif oğlu Hüseynzadə, Zərdab Təhsil şöbəsinin müdiri Gülağa İsgəndərov, Zərdab rayon təhsil işçiləri, Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət müəssisələrinin əməkdaşları və regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Abşeron, Astara, Ağdaş, Neftçala, Ucar, Xaçmaz, Siyəzən, Samux, Tərtər, Daşkəsən, Kürdəmir, Zaqatala, Yevlax, Yardımlı, Xızı, Hacıqabul, Salyan, Naftalan, Şabran, Şirvan, Tovuz, Qəbələ) direktorları iştirak edib.