“Nizami dühasi” adlı tədbir keçirildi

“Nizami dühasi” adlı tədbir keçirildi

Neftçala, Salyan və Yevlax Rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığıyla “Nizami dühasi” adlı tədbir keçirildi. Tədbirdə Zərdab, Xaçmaz, Samux, Xızı, Zaqatala, Hacıqabul, Yardımlı, Siyəzən, Cəlilabad Heydər Əliyev Mərkəzinin direktorları və əməkdaşları iştirak edirdilər.

Qədim Gəncədə dünyaya göz açan Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami ömrü boyu bu şəhərdə yaşamışdır. Nizami təhsilini Gəncə mədrəsələrində almışdır. Ərəb və fars dillərini mükəmməl bilirdi.

Nizami təvazökar, əməksevər, gözütox, başqaları ilə mülayim rəftar edən insani ləyaqət sahibi hesab edir, hamını belə olmağa səsləyirdi. Onun lirik şeirlərində zülmə, haqsızlığa, ədalətsizliyə dərin nifrət və etiraz var idi.

Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Nizami Gəncəvidən sonra Şərgin bir çox böyük şairləri onun təsiri ilə Xəmsələr yazmışdır.