"Məişət zorakılığına qarşı mübarizənin hüquqi aspektləri" mövzusunda regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri ilə birlikdə onlayn tədbir keçirildi

"Məişət zorakılığına qarşı mübarizənin hüquqi aspektləri" mövzusunda regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri ilə birlikdə onlayn tədbir keçirildi

Bu gün 11.03.2021-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzininin birgə təşkilatçılığı ilə "Məişət zorakılığına qarşı mübarizənin hüquqi aspektləri" mövzusunda regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri ilə birlikdə (Samux, Naftalan, Daşkəsən, Zərdab, Hacıqabul, Şirvan, Şamaxı, Salyan, Neftçala, Qobustan, Xızı, Siyəzən, Kürdəmir, İmişli, Astara, Yardımlı,Lerik, Masallı, Xaçmaz, Şəki, Balakən, Qəbələ) birgə iştirakı ilə onlayn tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova mövzunun günümüzdə nə qədər aktual olmasının əhəmiyyətindən və bu cür xoşagəlməz halların baş verməməsi üçün əhalinin məlumatlandırılmasının vacibliyini vurğuladı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzininin rəhbəri Səbuhi Abbasov öz çıxışında haqqında danışılan mövzunun hüquqi aspektləri haqqında geniş məlumat verdi. Çıxışları davam etdirən Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Neftçala Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Daşkəsən Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Yardımlı Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Hacıqabul Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova, Şəki Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Zeynəb Cəfərova həmçinin digər Mərkəz direktorları və təmsilçiləri mövzu ətrafında geniş çıxış etdilər və təkliflərini irəli sürdülər.