Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe müəssisələrin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirildi

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe müəssisələrin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirildi

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisə rəhbərlərinin iştirakı ilə növbəti onlayn müşavirəsi keçirilib. R.Əliyev ilk öncə bütün mədəniyyət işçilərini böyük qələbə münasibəti ilə təbrik edib. Müharibə zamanı torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.

Daha sonra qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıqlarını verib.

Sonda R.Əliyev koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi qaydalara əməl edilməsi, müəssislərdə mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmasına ciddi nəzarət ediməsi ilə bağlı tövsiyyələrini diqqətə çatdırıb.