Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe müəssisələrin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirildi

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe müəssisələrin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirildi

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe müəssisələrin fəaliyyətinə həsr olunmuş videokonfransda müəssisə rəhbərləri iştirak edib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov müəssisələrin fəaliyyətindən danışaraq yeni qaydalara uyğun işin gücləndirilməsi, yaradıcı insanların fəaliyyəti, rayonların özünəməxsus mədəniyyət istiqamətinin müəyyənləşdirilməsi, sənayenin inkişaf etdirilməsi, mədəniyyət müəssisələrinin gəlirlə işləməsini, işdə şəffaflığın təmin edilməsini xüsusi olaraq vurğuladı. Videokonfransda həmçinin müəssisələrdə ciddi nizam-intizam, xüsusi karantin rejimin tələblərinə riayət edilməsi, müəssisələrin mütəmadi olaraq dezinfeksiya edilməsi, bundan əlavə dekorativ tətbiqi sənətin və sənətkarlığın müxtəlif növlərinin regionda fəaliyyəti üçün tədbirlərin gücləndirilməsi, rayonlarda qədim adət-ənənələrin dirçəldilməsi ilə bağlı məsələlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib.