Türkiyə Cümhuriyyəti Gəncə Baskonsolosluğunun birgə təşkilatçılığı ilə "Bir millət iki dövlət" mövzusunda regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin iştirakıyla zoom programı vasitəsilə videokonfrans təşkil edildi

Türkiyə Cümhuriyyəti Gəncə Baskonsolosluğunun birgə təşkilatçılığı ilə "Bir millət iki dövlət" mövzusunda regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin iştirakıyla zoom programı vasitəsilə videokonfrans təşkil edildi

21.08.2020-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsüylə Türkiyə Cümhuriyyəti Gəncə Baskonsolosluğunun birgə təşkilatçılığı ilə "Bir millət iki dövlət" mövzusunda regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Samux, Gəncə, Tovuz, Ağstafa, Şəmkir, Ağdam, Tərtər, Füzuli, Beyləqan, Sumqayıt, Qaradağ, Neftçala, Saatlı, Xızı, Şirvan, Şamaxı, Siyəzən, İsmayıllı, Şəki, Quba, Zaqatala, Qəbələ, Balakən, Qusar, Yardımlı, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı) iştirakıyla zoom programı vasitəsilə videokonfrans təşkil edildi. Konfransı açıq elan edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxışını Mustafa Kamal Atatürkün "Yurdda sülh, cahanda sülh" kəlamı ilə açaraq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ən çox əlaqəni qardaş Türkiyə Cümhuriyyəti ilə qurduğunu və türk dünyasında dillər əzbəri olan "bir millət iki dövlət" deyimini tarixə yazdığını, xalqımızın öz soykökünə qayıtmağı üçün çalışdığını, Bakı -Tiflis -Ceyhan neft kəmərinin baş tutmasından, "Ümid körpüsü"nün açılmasından və s. genis danışdı. Daha sonra o, Türkiyə Cümhuriyyəti Gəncə Başkonsolosu sayın Zeki Öztürkü təqdim etdi və bugünkü konfransimiza dəstək verdiyi üçün təşəkkürünü bildirdi. Çıxış üçün söz alan sayın Zeki Öztürk Musafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz,kədəri kədərimizdir" ifadəsiylə açaraq "bütün türk xalqları qardaşdır amma Azərbaycan və Türkiyə əkiz qardaşdır" deyərək hər zaman Türkiyənin Azərbaycanın yanında olduğundan, dil,din, kök birlyimizdən, Azərbaycan şairi Əhməd Cavadın məhşur"Çırpınırdı Qaradəniz baxıb türkün bayrağına" mahnısının sözlərini yazmasindan və s. danışdı.

Tədbirin iştirakçılarından olan Tərtər Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova öz çıxışında Türkiyə ilə Azərbaycan arasında mövcud möhkəm maddi-mənəvi bağlardan, Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində Türkiyə ilə Azərbaycan münasibətlərinin dərinləşməsindən, Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova Azərbaycanla Türkiyə arasındakı geniş mədəni əlaqələrdən, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova "dost dar gündə tanınar" deyərək bütün savaşlarda Türkiyənin yanımızda olmasından, Neftçala Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova hələ uşaqlıqdan Mehmet Arif şeirlərinin aşiqi olmasından, Azərbaycan və Türkiyənin dərin köklərlə bir-birinə bağlılığından geniş şəkildə bəhs etdiler.

Sonda tədbirin bitdiyini elan edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova tezliklə işğal olunmuş hər qarış torpağımızda Azərbaycan bayrağının dalğalanmasini arzuladı. Türkiyə Cümhuriyyəti Gəncə Başkonsulu Zeki Öztürk bütün tədbir iştirakçılarına xoş arzularını çatdırdı.