Yaxın mədəniyyət müəssisələri

Xızı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xızı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaranması tarixi 1923-cü ilə təsadüf edir. 1957 –ci ildə Xızı kənd kitabxanası Sumqayıt kitabxanasının filalı kimi, daha sonra 1963-cü ildə Abşeron rayon kitabxanasının filialı kimi fəaliyyət göstərmişdir. 1990-cı ildən Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olmuşdur. Mərkəzləşdirilmiş Kitabxana Sistemi 12 filial olmaqla fəaliyyət göstərmiş, hal-hazırda 9 filialdan ibarətdir. Nazirliyin 920/06 nömrəli, 04.04.2016-cı il tarixli məktubuna əsasən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəaliyyətinin yaxşılaşdırılması, işinin optimallaşdırılması üzrə aparılan islahatlarla əlaqədar olaraq 3 kitabxana filialı – Xızı şəhər kitabxana filialı, Fındığan kənd kitabxana filialı, Baxşılı kənd kitabxana filialı – Mərkəzi Kitabxanaya birləşdirilmişdir. Sistem fəaliyyətində əsasən tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplayıb saxlamaq, cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında mühüm rol oynamaqdan ibarətdir. Kitabxana çap əsərlərindən və digər informasiya daşıyıcılarından səmərəli istifadə etmək məqsədilə kompleks kitabxana, biblioqrafiya xidmətləri göstərir.

Bu xidmətlər abonentləri ədəbiyyat və informasiya ilə təmin etmək, informasiya daşıyıcılarının seçilməsində kömək göstərmək məqsədi daşıyır. Eyni zamanda qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə etməklə kitabxanaların maddi-texniki bazasını möhkəmləndirilməsi də bura aiddir. Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir. MKS-nin tərkibində 6 Şöbə (oxucuya xidmət, kitabişləmə və komplektləşdirmə, metodika- biblioqrafiya, avtomatlaşdırma, informasiya-resurs, uşaq şöbələri) fəaliyyət göstərir. Xızı rayon MKS-i il ərzində 2916 naəfər oxucu xidmət edir. Kitab fondu 68587 nüsxə təşkil edir.

Ünvan: Xızı şəhəri, Vüsaqi küçəsi 28

Telefon: 0233150276

Xızı Heydər Əliyev Parkı

Xızı Heydər Əliyev Parkının sahəsi 3ha-dır. Parkın mərkəzində Ulu öndər Heydər Əliyevin heykəli ucaldılmışdır. Parkda 1 müəssisə (Xızı Mərkəzləşdirilmiş Kitabxana Sistemi) fəaliyyət göstərir. Xızı sakinləri və qonaqlarının asudə vaxtlarını keçirməsi üçün əlverişlidir.

Ünvan: Xızı şəhəri, Heydər Əliyev Prospekti

Cəfər Cabbarlı Parkı

Ümumi sahəsi 5800 kvadratmetr olan parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb, geniş yaşıllıq zolağı salınıb. Azərbaycan teatr sənətinin inkişafında böyük xidmətləri olmuş, görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyan bu parkda yaradılan şərait istər rayon sakinlərinin, istərsə də Xızıya gələn qonaqların istirahətinin mənalı təşkili üçün geniş imkanlar açır.

Ünvan: Xızı şəhəri, C.Cabbarlı küçəsi