Rəhbərlik və əməkdaşlar

Mərkəzin 10 nəfər əməkdaşı var:
- Direktor - Qarayeva Əzət Nazim qızı
- Baş fond mühafizi - vakant
- Elmi işçi- Bağırlı Aysel Mehdi qızı
- Bələdçi - Hüseynova Gülnar Rəcəb qızı
- Təsərrüfat müdiri - Vakant
- Kargüzar - İsmayılova Səkinə Vəliyəddin qızı
- Mərkəz baxıcısı- Hüseynova Firəngiz Savalan qızı
- Texniki işçilər - 6
Direktor
Qarayeva Əzət Nazim qızı 5 may 1996-cı ildə Xızı rayonunda anadan olmuşdur. 2014-cü ildə Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsini bitirmişdir. 28 fevral 2018-ci ildə təsərrüfat müdiri, 2 avqust 2019-cu ildən direktor vəzifəsində işləyir. YAP Sumqayıt təşkilatının üzvüdür. 2017-ci ildə Sumqayıt Asan xidmət mərkəzində könüllü kimi fəaliyyət göstərib.
Baş fond mühafizi-vakant
Elmi işçi
Bağırlı Aysel Mehdi qızı 30 may 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2014-cü ildə Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsini bitirib. 1 sentyabr 2019-ci il tarixindən Elmi işçi vəzifəsində işləyir.
Bələdçi
Hüseynova Gülnar Rəcəb qızı 20 noyabr 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 9 iyul 2018-ci il tarixindən Bələdçi vəzifəsində işləyir.
Kargüzar
İsmayılova Səkinə Vəliyəddin qızı 14 dekabr 1963-cü ildə Ermənistan, Yexeqnadzor rayonunda anadan olmuşdur. Orta təhsillidir. 2018-ci ilin 9 oktyabr tarixindən kargüzar vəzifəsində işləyir.
Mərkəz baxıcısı
Hüseynova Firəngiz Savalan qızı 1 may 1965-ci ildə Ermənistan, Yexeqnadzor rayonunda anadan olmuşdur. Orta təhsillidir. 2009-cu ilin 1 iyul tarixindən Mərkəz baxıcısı vəzifəsində işləyir.