Kitabxana

Mərkəzin kitabxanasında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, həyatı, apardığı uğurlu siyasəti, ailəsi, hakimiyyətdə olduğu dövr və s. haqqında geniş məlumata malik kitablar, jurnallar, disklər və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın dünya oftalmologiya elminə verdiyi töhfələrdən, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətlərindən bəhs edən nəşrlər vardır. Kitabxanada oxu zalı və elektron kitabxana sistemi mövcuddur. Bundan əlavə Azərbaycan ədəbiyyatının inciləri və xarici ədəbiyyat kitabxanamızda nümayiş etdirilir.