12 Noyabr - Konstitusiya Günü münasibətilə “Dövlət qulluğu” adlı görüş baş tutub

12 Noyabr - Konstitusiya Günü münasibətilə “Dövlət qulluğu” adlı görüş baş tutub

12.11.2021-ci il tarixində Xızı rayon Heydər Əliyev Mərkəzinin və GİKM-in Xızı rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 12 Noyabr - Konstitusiya Günü münasibətilə “Dövlət qulluğu” adlı görüş baş tutub.

Gəncə Apellyasiya Məhkəməsinin hakim köməkçisi, hüquqşünas Pərviz Tağızadə görüşün onlayn qonağı olub. İlk öncə Azərbaycan Respublikasının Konstitusiya günü ilə bağlı ətraflı məlumat verilmişdir Görüş zamanı dövlət qulluğuna hazırlaşan gənclərlə geniş fikir mübadiləsi aparılıb, onlara dövlət qulluğuna qəbul qaydaları haqqında məlumat verilib. Olduqca maraqlı keçən görüşün sonunda gənclərin sualları cavablandırılıb.