44 günlük Vətən müharibəsinə və qazanılmış şanlı Zəfər gününə həsr olunmuş “44 günlük Vətən müharibəsi - uşaqların gözü ilə” adlı sərgi keçirilmişdir

44 günlük Vətən müharibəsinə və qazanılmış şanlı Zəfər gününə həsr olunmuş “44 günlük Vətən müharibəsi - uşaqların gözü ilə” adlı sərgi keçirilmişdir

Xızı rayon Heydər Əliyev Mərkəzində Xızı rayon İcra Hakimyyətinin rəhbərliyi ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi və Xızı rayon Təhsil Şöbəsi ilə birgə 44 günlük Vətən müharibəsinə və qazanılmış şanlı Zəfər gününə həsr olunmuş “44 günlük Vətən müharibəsi - uşaqların gözü ilə” adlı sərgi keçirilmişdir. Sərgidə Xızı rayon məktəblilərinin və Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin rəsm kurslarının tələbələrinin “Qarabağ”, “Vətən müharibəsi”,“Biz birlikdə güclüyük”, “Zəfərə gedən yol”, “Şanlı Zəfər tariximiz”, “Dəmir Yumruq”, “Şəhid məzarı”, “Azad Qarabağ”, “Qarabağ Azərbaycandır” adlı rəsm nümunələri və başqa əl işləri nümayiş etdirilmişdir. Sərgi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.