Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə nümayəndəliyi və tabe müəssisələrinin əməkdaşları, Aprel döyüşlərində şəhid olan Ravil Elman oğlu Novruzovun məzarını, onun valideynləri ilə birlikdə ziyarət etdi

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə nümayəndəliyi və tabe müəssisələrinin əməkdaşları, Aprel döyüşləri kimi tarixə yazılan müharibədə 2 aprel 2016-cı ildə qəhrəmancasına şəhid olan Ravil Elman oğlu Novruzovun məzarını, onun valideynləri ilə birlikdə ziyarət etdi.

Ziyarət zamanı Ravilin döyüş yolundan danışıldı, onun ruhuna dualar oxundu.

Şəhid R.Novruzov bu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra ölkə rəhbərinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Allah şəhidlərimizə rəhmət eləsin!