31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş video-konfrans təşkil edilmişdir

31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş video-konfrans təşkil edilmişdir

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə nümayəndəliyi və tabe müəssisələrinin rəhbər və işçilərinin iştirakı ilə 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş video-konfrans təşkil edilmişdir. Konfransda Azərbaycanlılara qarşı törədilmiş bu amansız cinayətlə bağlı tarixi faktlardan danışılmışdır.

Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı SovetiDaşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.