"20 Yanvar ümumxalq hüzn günü" nə həsr olunmuş "Azadlığa aparan yol" adlı videokonfrans keçirildi

"20 Yanvar ümumxalq hüzn günü" nə həsr olunmuş "Azadlığa aparan yol" adlı videokonfrans keçirildi

18.01.2020-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığıyla regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri (Samux, Qazax, Qaradağ,Zərdab, Ağcabədi, Yevlax, Sabirabad, Xızı, Şamaxı, Siyəzən, Quba, Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz,Astara, Yardımlı,Lerik) ilə birgə "20 Yanvar ümumxalq hüzn günü" nə həsr olunmuş "Azadlığa aparan yol" adlı videokonfrans təşkil edildi. İlk olaraq xalqımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi yad edildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova bu günün tariximizdə əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin 20 yanvara siyasi-hüquqi qiymətin verilməsində göstərdiyi xidmətlərindən danışdı.

Daha sonra çıxışları davam etdirən Mərkəz direktorları Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova,Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə,

Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, Balakən Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Yardımlı Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Xızı Heydər Əliyev Mərkəzinin direktoru Əzət Qarayeva həmçinin digər həmkarlar öz çıxışlarında"20 Yanvar ümumxalq xalqımızın müstəqillik uğrunda atdığı bu ilk addımdan, mübarizə əzmindən, ümummilli lider Heydər Əliyevin əli yalın əhalinin üzərinə ağır texnikaların yeridilməsi ilə törədilmiş cinayətin dünyaya çatdırılmasında, ona siyasi qiymətin verilməsində göstərdiyi əzmindən, fəaliyyətindən geniş şəkildə bəhs etdilər.