Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan şeir müsabiqəsi elan edilib

Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan şeir müsabiqəsi elan edilib

Xızı rayon Heydər Əliyev Mərkəzi tərəfindən Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 95 illiyinə həsr olunmuş şeir müsabiqəsi təşkil edilib.

Müsabiqəyə qatılmaq istəyənlər görkəmli şairin şeirlərini səsləndirərək videoya çəkməlidirlər. Həmin videogörüntülər 15 avqust saat 23:00-a kimi mərkəzin “Facebook” səhifəsinin mesaj bölümünə göndərilməlidir.

Müsabiqənin əsas məqsədi Azərbaycan ədəbiyyatının xüsusi mövqeyə malik görkəmli simalarından olan Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını təbliğ etmək, şairin şeirlərinin yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını diqqətə çatdırmaqdan ibarətdir.

Qaliblər münsiflər heyətinin rəyinə əsasən seçiləcək.