Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

Xızı rayonunda Qarabağ uğrunda qəhrəmancasına həlak olan 19 şəhidimiz var. 3 nəfər itkin ( onlara şəhid statusu verilib), 11 nəfər əlil və 64 nəfər müharibə iştirakçısı vardır. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş oğulların xatirəsini əbədiləşdirmək naminə Xızı rayonunun Xızı şəhərində "Şəhidlər Xiyabanı" kompleksi yaradılmışdır.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canından keçən şəxslər:

Tacı Allahqulu oğlu Məmmədov 1958-ci il iyul ayının 19-da Altıağac kəndində anadan olub. 1992- ci ilin oktyabr ayının 1-də Xanabad döyüşündə şəhid olmuşdur.

Mirzə Qəzənfər oğlu İbrahimov 1972-ci il dekabr ayının 6-da Altıağac kəndində anadan olub. Starşina İbrahimov Mirzə 1993-cü il sentyabr ayının 21-də Qubadlı döyüşündə şəhid olmuşdur.

Rasim Şirzad oğlu Məmmədov 1966-cı ilin noyabr ayının 13-də Altıağac kəndində anadan olmuşdur. Bölgə komandiri Məmmədov Rasim 1994-cü ilin may ayının 4-də Fizuli uğrundakı döyüşdə şəhid olmuşdur.

Asim Hamlet oğlu Abdullayev 1973-cü ildə Xızı kəndində anadan olmuşdur. 1994-cü ilin aprel ayının 28-də Ağdamın Şirvanlı kəndi uğrundakı döyüşdə şəhid olmuşdur.

Şahverdi Bəyverdi oğlu Cəbiyev 1963-cü ilin sentyabr ayının 16-da Altıağac kəndində anadan olmuşdur. 1994-cü ilin may ayının 3-də Ağdərə döyüşündə şəhid olmuşdur.

Məmməd Fərrux oğlu Kazımzadə 1994-cü ilin may ayında Ağdam bölgəsində döyüşdə şəhid olmuşdur.

Rafiq Fərəc oğlu İsmayılov 1974-cü ilin 14 sentyabrında Xızı qəsəbəsində anadan olmuşdur. 1994-cü ilin aprel ayının 26-da Fizuli rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. Xızı şəhər tam orta məkəbi Rafiq İsmayılovun adını daşıyır.

Natiq Xanbala oğlu Abbasov 1974-cü il noyabr ayının 27-də Altıağac kəndində anadan olmuşdur. 1994-cü ilin oktyabr ayının 25-də Ağdərənin Güllücə kəndi uğrunda döyüşdə şəhid olub.

Nicat Xələf oğlu Allahverdiyev 1976-cı ilin sentyabr ayının 16-da Stalçay kəndində anadan olmuşdur. 1993-cü ilin avqust ayının 31-də Gədəbəydə Saratov döyüşündə şəhid olub.

Elşad İsa oğlu Fərzəliyev 1972-ci ilin mart ayının 6-da Baxşılı kəndində anadan olmuşdur. 1993-cu ilin dekabr ayının 24-də Qubadlı uğrundakı döyüşdə şəhid olub.

İsgəndər Əliabbas oğlu Cəfərov 1968-ci ilin dekabr ayının 18-də Altıağac kəndində anadan olub. 1993-cü ilin fevral ayının 29-da Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.

Zaur Ülfət oğlu Abasov 1974-cü ilin dekabr ayının 5-də Baxşılı kəndində anadan olub. 1993-cü ilin sentyabr ayının 14-də Qubadlı uğrunda gedən döyüşdə şəhid olub.

Yavər Ələşrəf oğlu Ələkbərov 1959-cu ildə Bakının Dağlı məhəlləsində anadan olub. 1993-cü ildə Fizuli cəbhəsində şəhid olub. Üç qız atası idi.

Telman Şahbaz oğlu Abasov 1972-ci ildə Bakıda Dağlı məhəlləsində anadan olmuşdur. 1993-cü ildə Ağdam döyüşündə şəhid olmuşdur.

Fərman Məlikov 1976-cı ildə Bakının Dağlı məhəlləsində anadan olmuşdur. 1993-cu ildə Ağdam uğrundakı döyüşlərdə şəhid olmuşdur.

Müşfiq Aydın oğlu Qafarov Giləzi kəndində anadan olub. Müharibədə şəhid olub.

Həmzə Aslan oğlu Şurabad kəndində anadan olub. Müharibədə şəhid olub.

Vaqif Zakir oğlu Abdullayev 1988-ci ilin yanvar ayının 3-də Rusiya federasiyasının Həştərxan vilayətində anadan olub. Ağcabədi rayon N saylı hərbi hissədə qulluq edib. 24 yaşında 4 güllə yarası ilə qəhrəmancasına şəhid olub. Bir oğlu var.

Ravil Elman oğlu Novruzov 1988-ci il sentyabr ayının 5-də Xızı rayonu Giləzi qəsəbəsində anadan olmuşdur. 2 aprel 2016-cı ildə Fizuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Vətənə xidmətinə görə üçüncü dərəcəli ordenlə təltif olunmuşdur. Giləzi qəsəbəsində Ravil Novruzovun adını daşıyan küçə yerləşir.

Qarabağ uğrunda müharibədə qəhrəmanlıq göstərib şəhid olanların xatirəsi xalqımız tərəfindən həmişə hörmətlə xatırlanır.