Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

İlham Əliyev: "Mərkəz Ulu Öndərin adını daşıyır və bu da təbiidir. Çünki Heydər Əliyev müstəqilliyimizin banisidir. Məhz onun fəaliyyəti nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayır, güclənir. Ölkəmiz üçün ən ağır dövrdə xalqın tələbi ilə rəhbərliyə gəlmiş Heydər Əliyev müstəqilliyi təmin edib, vətəndaş müharibəsinə son qoyub, ölkəmizi inkişaf yoluna çıxarıb. Bu gün biz bu siyasətə bütün istiqamətlər üzrə sadiqik və ölkəmizin uğurlu inkişafı bu siyasətin nəticəsidir".

Heydər Əliyev Mərkəzləri Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Xızı Heydər Əliyev Mərkəzi də bu sıralarda yer alır. Ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliği məqsədilə atılan bu addımlar Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikamızın hərtərəfli inkişafında böyük rol oynayır. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin təbliği, Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz vətəni, milləti və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərini gerçəkləşdirmək əzminin reallaşması baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzi həm də Azərbaycanın müasir reallıqlarını əks etdirir.

2014-cü ildə Cənab prezident İlham Əliyev tərəfindən açılışı olan bu möhtəşəm Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub. Həm xarici görünüşü, həm daxili tərtibatı ən yüksək səviyyədədir. Çox böyük zövqlə tikilibdir. Mərkəz 3 mərtəbə və 3 korpusdan ibarətdir. Mərkəzin I mərtəbəsində texniki otaqlar, kafe, pnevmatik və interaktiv tir, 3D kinozalı var. Mərkəzin II mərtəbəsində Ümummilli liderin keçdiyi həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirən xatirə muzeyi yerləşir. III mərtəbədə isə akt zal, konfrans zalı, rəqs otağı, kompyuter otağı, rəsm studiyası, xalq sənətkarlıq emalatxanası, dizayn otağı, heykəltaraşlıq, virtual sinif mövcuddur. Bu dərnəklər gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkilinə geniş imkanlar yaradır. Mərkəzdə elektron kitabxana da fəaliyyət göstərir.