Mərkəzin binası

Mərkəzin binası

Xızı Heydər Əliyev Mərkəzinin tikintisi 2013-cü ilin aprel ayında başlamışdı. Mərkəzin açılışı 22 iyul 2014-cü ildə ölkə başçısı cənab İlham Əliyevin rayonumuza səfəri zamanı baş tutmuşdu. Xızı Heydər Əliyev Mərkəzinin ümumi sahəsi 4028kv.m²-dir. Həyətyanı sahəsi 3000 kv.m²-dir. Mərkəz 3 mərtəbə və 3 korpusdan ibarətdir. 1 foye, otaqların ümumi sayı 28, 7 dərnək otağı, 3 zal və digər texniki otaqlar mövcuddur. Müasir interyeri ilə diqqəti cəlb edən Mərkəzin foyesində Ümummilli Liderin büstü qoyulub. Burada rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli şərait yaradılmışdır.

Akt zalı- Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əlverişlidir. 200 oturacaqdan ibarətdir.

Konfrans zalı- İctimai-siyasi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Zal 25 oturacaqdan ibarətdir.

Sərgi salonu- Açıq sərgi salonunda maraqlı rəsm nümunələri sərgilənir.

Foye- Ulu öndər Heydər Əliyevin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotolar, sənədlər və kitablardan ibarətdir.

Kitabxana- Asudə vaxtın dəyərləndirilməsi üçün rayon sakinlərinin və qonaqların xidmətindədir.