Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyindəki rayon Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda vebinar təşkil olunmuşdur.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyindəki rayon Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda vebinar təşkil olunmuşdur.

Bu gün Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyindəki rayon Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda vebinar təşkil olunmuşdur. Tədbirin təşkilatçısı Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin inkişafından və möhkəmləndirilməsindən, ölkə rəhbəri kimi onun apardığı iqtisadi, siyasi, sosial islahatlardan və bütün Azərbaycan vətəndaşlarını vahid bir ideologiyada birləşdirməyin vacibliyindən danışdı. O çıxışında qeyd etdi ki, azərbaycançılıq ideologiyası vəhdət ideologiyasıdır və özlüyündə milli, dini, dünyəvi azadlığı ehtiva edir. Daha sonra çıxış edən Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, Siyəzən Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında işlədiyi vaxtdan etibarən Azərbaycanın milli-mənəvi dəyərlərinə, siyasi hakimiyyətinin birinci mərhələsində Azərbaycan dilinə, milli kadrların yetişdirilməsinə, Azərbaycan mədəniyyətinin, incəsənətinin, kinomatoqrafiyasının inkişafına verdiyi dəyərin müstəqil Azərbaycanın bünövrəsinin möhkəmlənməsinə xidmət etdiyini vurğuladılar. Mövzu ətrafında müzakirələrdə Azərbaycanda yaşayan digər xalqların bu ideologiya ətrafında sıx birləşərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda verdiyi töhfələrdən, habelə diaspor və lobbiçilik hərəkatından danışıldı.