Siyəzən rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Quba, Qusar, Xaçmaz, Şabran rayon Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda video-konfrans keçirilmişdir.

 Siyəzən rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Quba, Qusar, Xaçmaz, Şabran rayon Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda video-konfrans keçirilmişdir.

04 sentyabr 2020-ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Quba, Qusar, Xaçmaz, Şabran rayon Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda video-konfrans keçirilmişdir. Video-konfransda eyni zamanda Siyəzən rayon Gənclər və İdman İdarəsinin məsul işçiləri, eləcə də regionun gənclərinin nümayəndələri də iştirak etmişlər.

Video-konfransı Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev açaraq qeyd etdi ki, ümummilli lider Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, ulu öndər Heydər Əliyevin qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz və s. bugünkü inkişafı üçün ulu öndərimizə borcludur.

Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova çıxış edərək qeyd etdi ki, tarixən zəngin olan Azərbaycan Mədəniyyətinin bu günki səviyyəyə yüksəlməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Heydər Əliyev mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği üçün nəinki mümkün olanları, həm də mümkün olmayanları da edirdi.

Daha sonra Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanov,

Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev çıxış edərək qeyd etmişdirlər ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim mədəniyyət və incəsənətin inkişafına, Azərbaycan mədəni irsinin dünyaya tanıdılmasına böyük diqqət göstərmişdir. Dünyanın bir sıra ölkələrində Azərbaycanın mədəni irsi ilə bağlı bir sıra beynəlxalq tədbirlər keçirmişdir. Bu sahənin nümayəndələrinə fəxri adlar, qiymətli hədiyyələr vermiş, mədəniyyət müəssisələrinin bərpasını və yenidən qurulmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur.

Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov çıxış edərək qeyd etdi ki, Ümummilli liderimiz Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəməmişdir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin heykəllərinin qoyulmasına ulu öndər Heydər Əliyev xüsusi diqqət göstərirdi. Hələ sovetlər dönəmində nə qədər sənətçilərimiz ulu öndərin köməyi ilə SSRİ-nin yüksək fəxri adlarına, orden və medallarına layiq görülmüşdür.