Quba Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Qusar, Xaçmaz, Şabran, Siyəzən Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə “Vətənin müdafiəsi ən müqəddəs vəzifədir” mövzusunda video-konfrans keçirilmişdir.

Quba Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Qusar, Xaçmaz, Şabran, Siyəzən Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə “Vətənin müdafiəsi ən müqəddəs vəzifədir” mövzusunda video-konfrans keçirilmişdir.

02 sentyabr 2020-ci il tarixində Quba Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Qusar, Xaçmaz, Şabran, Siyəzən Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə “Vətənin müdafiəsi ən müqəddəs vəzifədir” mövzusunda video-konfrans keçirilmişdir.

Video-konfransda eyni zamanda Quba Gİİ-nin müavini, GİKM-ın Quba nümayəndəliyinin gəncləri iştirak edirdi.

Video-konfransı Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova açmış və qeyd etmişdir ki, “Vətənin müdafiəsi ən müqəddəs vəzifədir” ulu öndərin müdrik kəlamı ilə keçirilən bu konfrans həqiqətən hər birimiz üçün əziz və aktual bir mövzuya həsr olunmuşdur.

Qusar Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova çıxış edərək qeyd etdi ki, “Vətənin müdafiəsi ən müqəddəs vəzifədir” kəlamı bu gün yeni mahiyyət almış, xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz örnəyə çevrilmiş, hər kəsə vətən sevgisi, vətən birliyi, vətən bütövlüyü aşılayır.

Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova mövzu haqqında geniş danışaraq qeyd etdi ki, Heydər Əliyevin milli vətənpərvərlik ideyalarında ən önəmli məsələ bütün xalqımızda, xüsusən gənc nəsildə milli şüurun formalaşdırılması məsələsidir.Biz hər an çalışırıq ki, gənclərimizi milli vətənpərvərlik ruhunda tərbiyə edək.

Siyəzən Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev çıxış edərək qeyd etdi ki, vətənpərvərlik hissi hər birimizdə yüksək olmalıdır. Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev çıxış edərək qeyd etdi ki, vətənin müdafiəsi həqiqətən ən müqəddəs vəzifədir.

QGİİ-nin rəis müavini Mənsur Ağayev, GKİM Quba nümayəndəliyinin direktoru vəzifəsini icra edən Aytac Əhmədova, Xaçmaz HƏM-nin Xudat filialının direktoru Könül Ramazanova çıxış edərək hər bir Azərbaycan vətəndaşının, xüsusən gənclərin vətənin müdafiəsinə hər an hazır olduqlarını bildirdilər.