Xaçmaz Heydər Əliyev Mərkəzinin ekskursiya sərgi salonu

Muzeydə ümumilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi müxtəlif dövürlərini əhatə edən foto şəkillər, rayonumuza səfərlərini əks etdirən foto şəkillər, sənədlərin surətləri həmçinin ailəsi ilə bərabər həyatının müxtəlif dövrlərini əhatə edən şəkillər nümaiş olunur. Muzeydə eyni zamanda ulu öndər Heydər Əliyevin varisi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Xaçmaz rayonuna səfərlərini əks etdirən foto şəkillər nümaiş olunur. Ekskursiya sərgi salonunda ümumilikdə 9 bölmə vardır.

Hal hazırda muzeyin fondunda 775 eksponat saxlanılır ki, bunlardan 120 -i ekspozisiya sərgi salonunda nümaiş etdirilir. Bunlardan ulu öndərimizin büstü 1 ədəd, foto şəkillər 94 ədəd, sənədlər 25 ədəddir.

Ümumilli lider Heydər Əlirza oğlu Əliyevin büstü (Heykəltaraş A.Əskərov)

I Bölmə:

Birinci bölmə ulu öndər Heydər Əliyevin uşaqlıq gənclik illərini, eyni zamanda Dövlət Təhlükəsizlik Orqanlarında çalışdığı dövrləri əhatə edir.(1923 -1969)

II Bölmə:

İkinci bölmə Heydər Əliyevin Respublikamıza birinci rəhbərliyi dövrlərini əhatə edir. (1969 - 1982)

III Bölmə:

Üçüncü bölmə ümumilli lider Heydər Əliyevin Kremil dövrünü əhatə edir. (1982 - 1987)

IV Bölmə:

Dördüncü bölmə Heydər Əliyevin Naxçıvana "Qayıdış" illərinindən bəhs edir.

V Bölmə:

Beşinci bölmə Heydər Əliyevin Müstəqil Azərbaycan Respublikasına birinci rəhbərliyi dövrünü əhatə edir. (1993 - 1998)

VI Bölmə:

Altıncı bölmə Heydər Əliyevin Müstəqil Azərbaycan Respublikasına ikinci rəhbərliyi dövrünü əhatə edir.

VII Bölmə:

Yeddinci bölmə Heydər Əliyevin Xaçmaz rayonuna səfərlərini əhatə edir.

VIII Bölmə:

Səkkizinci bölmə ulu öndərin ailə albomundan götürülmüş şəkilləri öz əksini tapmışdır.

IX Bölmə:

Doqquzuncu bölmə Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin Xaçmaz şəhərinə gəlişlərini əhatə edir.

Xaçmaz Heydər əliyev Mərkəzinin Xudat şəhər filialının ekspozisiya sərgi salonu

Xaçmaz Heydər Əliyev Mərkəzinin Yalama kənd filialının ekspozisiya sərgi salonu