Kitabxana

Xaçmaz Heydər Əliyev Mərkəzinin Kitabxanası

Ümummilli liderimiz Heydər Əliyevin hələ sovet Azərbaycana rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəalliyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırılmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikasının 1993-cü ildən başlayan yeni tarixi müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatında əldə edilmiş nailiyyətlər yalnız və yalnız dahi şəxsiyyət Heydər Əliyevin adı və müdrük dövlətçilik siyasəti ilə bağlı olmuşdur.

Azərbaycan tarixinin “Heydər Əliyev dövrü” kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində Ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki,bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmış, öz xoşbəxt gələcəyini təmin etmək üçün, bütün təminatlara, ən başlıcası, siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. Azərbaycanda hüquqi dövlətin banisi, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin, onun siyasi kursunun layiqli davamçısı- möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün yeni keyfiyyət tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz misli görülməyən sürətli inkişaf dinamikasını yaşayaraq, regionun lider dövlətinə çevrililmişdir.

Xaçmaz Heydər Əliyev Mərkəzinin nəznində yerləşən kitabxana 2016 ci il sentyabr ayından fəaliyyət göstərir. Kitabxanada Ümummilli lider H.Əliyevin həyatı, ailəsi, apardığı uğurlu siyasət, hakimiyyətdə olan dövr və geniş məlumata malik kitablar, jurnallar, disklər və Ulu öndər yolunu davam etdirən Cənab Prezident İlham Əliyevin fəalliyəti ilə bağlı kitablar oxucularımıza təqdim edilmişdir.

Kitabxanada 1371 kitab var. Onlardan 311 ədədi eksponat qismindədir. Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı -160, Cənab İlham Əliyevin ğördüyü işlərə aid- 62, Mehriban xanım Əliyevaya (Azərbaycan Respublikasının I vitse prezidenti ) aid- 3 kitab, Leyla Əliyevanın təşəbbüsü ilə nəşr olunmuş 4- kitab, siyasətə aid- 27, tarixlə bağlı nəşrlər- 70, qalanı isə bədii milli və xaricı ədəbiyyatdır.