Siyəzən,Şamaxı və Xaçmaz rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Ümumilli lider Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda videokonfrans keçirildi.


 Siyəzən,Şamaxı və Xaçmaz rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Ümumilli lider Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda videokonfrans keçirildi.

15 sentyabr 2020- ci il tarixində Siyəzən,Şamaxı və Xaçmaz rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Ümumilli lider Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda videokonfrans keçirildi.

Konfransda Yardımlı, Salyan,Şabran,Kürdəmir, Yevlax,Neftçala,Sabirabad, Oğuz, Qəbələ, Zaqatala və Samux Heydər Əliyev Mərkəzlərinin drektorları da iştirak etdi.

Tədbiri giriş sözü ilə açan Siyəzən Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev bildirdi ki, Azərbaycan təhsilində əldə olunmuş bu günki uğurlar ümumilli liderimiz Heydər Əliyevin təhsil sahəsində yürütdüyü uzaqgörən siyasətinin nəticəsidir. Məhz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövürlərdə təhsil sahəsində islahatlar aparılmış,təhsilin inkişaf etdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində bir çox sərəncamlar imzalanmış, tapşırıqlar vermişdir.Onu da qeyd etdi ki, ulu öndər bu məqsədlə 1998- ilin mart ayında "Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası" yaratmışdır.

Sonra Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova və Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxış edərək Azərbaycan təhsilinin hamisi olan Heydər Əliyevin bu sahənin inkişafında əldə etdiyi nailiyyətlərindən geniş və ətraflı söz açdılar.

Daha sonra konfransda iştirak edən Neftçala H.Ə. Mərkəzinin direktoru K.Məmmədova, Yardımlı H.Ə. Mərkəzinin direktoru A.Ağayev, Salyan H.Ə.Mərkəzinin direktoru N.Bayramova, Kürdəmir H.Ə. Mərkəzinin direktoru D.Seyidova,Sabirabad H.Ə.Mərkəzinin direktoru R.Hacızadə, Samux H.Ə. Mərkəzinin direktoru N.Həsənova, Yevlax H.Ə.Mərkəzinin direktoru A.Qasımova, Şabran H.Ə.Mərkəzinin direktoru T.Əliyev və Oğuz H.Ə.Mərkəzinin direktoru M.Abbasova çıxış edərək hər biri öz növbəsində ümumilli lider Heydər Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğıdından və dövlətimizin təhsil sahəsində əldə etdiyi bu günki nailiyyətlərdən danışdılar.

Konfrans diskusiya və müzakirə şəklində keçdi.