COVİD -19 Pandemiyası ilə mübarizə məqsədilə "Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar" şüarı altında onlayn video toplantı keçirilib.

 COVİD -19 Pandemiyası ilə mübarizə məqsədilə  "Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar" şüarı altında onlayn video toplantı keçirilib.

Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 iyul 2020-ci il tarixdə saat 11:00-da COVİD -19 Pandemiyası ilə mübarizə məqsədilə "Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar" şüarı altında onlayn video toplantı keçirilib. Konfransda COVİD-19 virusunun yayılmasının qarşısının alınması ilə bağlı gənclərin arzu və təklifləri, həmçinin birgə mübarizə barədə fikirləri dinlənildi. Toplantını giriş sözü ilə Xaçmaz RGİİ-nin rəisi E. Məmmədov açaraq bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mübarizə tədbirlərindən, rayonumuzun rəhbəri cənab Elnur Rzayevin bu istiqamətdə gördüyü işlərdən danışdı. Toplantıda Milli Məclisin deputatı E.Səlimovun köməkçisi K.Laçınov, Xaçmaz RMX-nın həkimi R.Rəhimova, Xaçmaz RTŞ-nın əməkdaşı İ. Müseyibli, Xaçmaz HƏM-nin direktoru K.Əsgərova, Xaçmaz GİKM-nın direktoru R.Həşimov, Xaçmaz skautları, rayonun fəal gəncləri və könüllülər iştirak ediblər. Toplantının moderatoru ASAN xidmətin əməkdaşı, təlimçi gəncimiz Ü.Məmmədli olmuşdur. RMX-nın həkimi R. Rəhimova koronavirus infeksiyası barədə gənclərə geniş məlumat verərək, iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırdı. Konfrans iştirakçıları hər birini sosial məsuliyyətindən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl etməyə çağırıblar.