Heydər Əliyev Mərkəzində gənc nəsilin bilik və bacarıqlarının artırılmas, istedadlarının üzə çıxarılması və intelektual səviyyələrinin yüksəldilməsi məqsədi ilə müxtəlif dərnək və kurslar fəaliyyət göstərir. Burada gənclərimizə peşəkar müəllimlər tərəfindən müxtəlif sahələr üzrə dərslər tədris olunur. Əsasən unudulmaqda olan, həmçinin son zamanlar az maraq göstərilən qədim sənət növlərinə fikir verilir və dərnək və kurslar əsasən bu sahələr üzrə fəaliyyət göstərir.

Hal - hazırda Mərkəzdə;

1. Rəssamlıq dərnəyi;

2. Xalçaçılıq dərnəyi;

3. Rəqs kursu;

4. Toxuma və tikmə dərnəyi (bura müxtəlif növ tikmə toxuma üsulları, muncuqla, şüşə mozaika üsulu ilə yapışdırma, lentlə işləmə v s aiddir) fəaliyyət göstərir.

Xalçaçılıq otağı - Xalçaçılıq dərnəyi. 2017-ci ildən fəaliyyət göstərməyə başlamışdır. Dərnəyin rəhbəri - Arzumanova İlhamə müəllimədir, hal hazırda xalçaçılıq dərnəyinin 6 üzvü vardır. Burada şagirdlər tarixi sərvətimiz olan xalçaçılıqla bağlı bütün sirləri öyrənir və tariximizi yaşatmaqa davam edirlər

Rəqs otağı- Rəqs dərnəyi 2017-ci ildən fəaliyyət göstərməyə başlamışdır. Dərnəyin rəhbəri - Babayev Murad müəllimdir. Rəqs dərnəyi vasitəsilə uşaqlara rəqs sənətinin əsasları öyrədilir. Rəqs dərnəyinin üzvləri Mərkəzimizdə eləcə də rayonumuzda keçirilən tədbirlərdə öz bacarıqlarını peşəkarlıqla nümayiş etdirirlər. Hal hazırda rəqs dərnəyinin 10 üzvü vardır.

Rəsm otağı - Rəssamlıq dərnəyi 2018-ci ildən fəaliyyət göstərməyə başlamışdır. Dərnəyin rəhbəri Hacıyeva Sevinc müəllimədir. Rəssamlıq dərnəyində şagirdlərin bacarıqlarının bu sahəyə olan istedadlarının önə çıxarmaları yönündə işlər aparılır. Hal hazırda rəssamlıq dərnəyinin 8 üzvü vardır.