Rayon haqqında məlumat

Azərbaycanın dilbər guşələrindən olan, qədim tarixə malik Xaçmaz respublikamızın şimal bölgəsində yerləşən sərhəd rayonlarından biridir. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonu 1930-cu ildə yaradılmışdır. Xaçmaz 1936-1937-ci illərdə şəhər tipli qəsəbə olmuşdur. 1963-cü ildə Xaçmaz rayonu ləğv edilib, ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1995-ci ildə rayon yenidən bərpa edilmişdir.Belə güman edirlər ki, Xaçmaz adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hunn qəbilələri birliyinə daxil olmuş xaçmataka (xeçmatek) qəbiləsinin adından əmələ gəlmişdir. Sonradan bu ad transformasiyaya uğramışdır. VII əsrin ortalarından başlayaraq, mənbələrdə Xaçmaz şəklində rast gəlinir. Maraqlıdır ki, VII əsrin ikinci yarısında bu qəbilənin bir hissəsi indiki Oğuz rayonu ərazisinə köçub getmiş və orada Xaçmaz adlı kənd və eyni adlı qala tikmişlər.

Vaxtilə Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərin üzərinə hərbi yürüşlər və basqınlar etmiş işğalçıların yolu Xaçmaz ərazisindən keçmişdir. Eramızdan əvvəl VIII-VI əsrlərdə tikilmiş məşhur Bab əl Əbvab (ərəbcədən "Qapıların Qapısı", Dərbənd qapıları) istehkamları bu işğalçıların yolunda dəf edilə bilməyəcək bir maneə kimi dayanmışdır. V əsrdə Sasani padşahı Yezdigərdin dövründə Dərbənd aşırımında işğalçıların qarşısını almaq üçün möhtəşəm daş sədd tikilmişdir. Bu hərbi istehkamlar sistemini dəf etməyə müvəffəq olanlar dərhal Azərbaycanın bərəkətli torpağına düşürdü. Skiflər, alanlar, xəzərlər, səvirlər və digər qəbilələr Azərbaycan ərazisinə bu yolla keçmişdilər.

Bölgənin tarixi haqqında ilk məlumatlar Azərbaycan tarixinin Eneolit dövrünə təsadüf edir. Son illər Eneolit abidələri Qobustan, Quba-Xaçmaz v ə Şəki-Zaqatala zonalarında da qeydə alınmışdır. Eneolit dövrü e. ə. VI minillikdən başlayaraq e. ə. IV minilliyə qədər olan dövrü əhat ə edir. Bu dövrün əsas xüsusiyyəti istehsalat təsərrüfatının formalaşması və sürətli inkişafı idi. Məişətdə daş məmulatları ilə yanaşı, metaldan da istifadə olunmağa başlanmışdı. Eneolit dövrü yaşayış məskənlərindən tapılmış müxtəlif mis əşyalar (biz, iynə, bıçaq v ə s.) bunu sübut edir. Bundan başqa bu dövrdə qazma tipli evlər çiy kərpicdən olmaqla, dairəvi və ya düzbucaqlı planda tikilirdi. Eneolit dövründə əhali əkinçilik, maldarlıq, ev sənətkarlığının müxtəlif sahələri ilə (dulusçuluq, daş və sümükişləmə, toxuculuq v ə s.) məşğul olurdu. Əkinçiliklə məşğul olan əhali taxıl ehtiyatını iri həcmli saxsı küplərdə saxlayırdı. Xaçmazın tarixi abidələri içərisindən tapılmış daş, sümük və mis əşyalarl tökmək üçün küplər, toxuculuq dəzgahının hissələri Eneolit dövründə əhalinin bu ərazilərdə yaşamasından xəbər verir.

Eneolitin son mərhələsində ölülərin gil küplərdə dəfn olunması mərasimi də yayılmışdı. Xaçmazda bu cür gil küplərə Şollar, Nərəcan kəndləri ərazilərində rast gəlmək olar. Belə küplər təsərrüfat küplərindən onunla fərqlənirdi ki, oturacağı şiş formalı olub, ağız hissəsində tutacaq və ya qulp qoyulurdu. Ağzı isə qapaq və ya daş lövhə ilə örtülürdü. Küpün aşağı hissəsində çox hallarda deşik olurdu Bu da insanların dini təsəvvürləri ilə bağlı olub çox güman ki, ruha inamın mövcudluğu ilə əlaqədar idi.Xudat ərazisindəki Şollar kəndində yerli əhali təsərrüfat işləri apararkən gil küp qəbir aşkar etmişdir. Qədim küp qəbrin içərisindən sümük qalıqları, misdən üzük, saxsı qablar v ə s. tapılmışdır.

Xaçmaz rayonunun ərazisi Albaniya dövlətinin tarixi inkişafı dövründə.təsərrüfatın bağçılıq və üzümçülük heyvandarlıqla məşgul olurdu.Xaçmaz Şirvanşahlar dövlətinin tərkibində olduqda da bu ərazi həm hərbi yürüşlər, həm də dinc məqsədlər üçün istifadə olunmuşdur.Eramızdan əvvəl II əsrdə fəaliyyətə başlayan “Böyük İpək yolu” adı ilə tanınan dünya ticarət yolları sisteminin çox işlək qollarından biri də məhz bu ərazidən keçmişdir.Azərbaycanın ərəblər tərəfindən işğalı dövründə Xaçmaz bölgəsində ictimai-siyasi vəziyyət dəyişkən idi.Burada tarixin qədim dövrlərindən başlayaraq ardıcıl şəkildə xarici təcavüzlərin, aparılan uzunmüddətli müharibələrin ağrı-acısını əhali daimi olaraq hiss edib

Xaçmaz rayonunun əhalisi 174.80 min nəfərdir. Xaçmaz rayonunda 22 millət və xalqın nümayəndəsi vahid ailədə mehriban şəraitdə yaşayır. Əhalinin sıxlığı 1 km² 165 nəfər təşkil edir. Əhalinin ümumi sayının 50.06 faizi kişilərdən (87.50 min nəfər), 49.94 faizi qadınlardan (87.30 min nəfər) ibarətdir.

Xaçmaz rayonunda 502 nəfər (133 ailə) məcburi köçkün məskunlaşmışdır

Qarabağ müharibəsi əlillərinin sayı - 122 nəfər

Şəhid ailələrinin sayı - 186 nəfər

Əlillərin sayı - 4969 nəfər

Muzeylər adi mədəniyyət müəssisəsi deyil, xalqın, millətin, yurdun, torpağın tarixini yaşadan, onun keçdiyi tarixi yolu əks etdirən mənəviyyat ocaqlarıdır. Xaçmaz rayonunun müasir dövrünü, bu gününü və gələcəyini əks etdirən mədəni-tarix müəssisəsi kimi muzeylərin rolu çox böyükdür. O cəhətdən muzeylərin əhəmiyyəti yüksək qiymətləndirilmiş və rayonda geniş muzey şəbəkəsi yaradılmışdır. Muzeylər şəbəkəsinə Heydər Əliyev Mərkəzi və onun Xudat şəhərində, Yalama kəndində filialları, Tarix-Diyarşünaslıq Muzeyi, Xalça Muzeyi, Şəxsiyyətlər Muzeyi, Döyüş Şöhrəti Muzeyi, Əziz Əliyev Muzeyii, Rəsm Qalereyası, Xalqlar Dostluğu Muzeyi, Zərifə Əliyeva Muzeyi və Bayraq Muzeyi daxildir.



Cəmiyyətin intellektual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oynayan kitabxanalar ölkəmizin müstəqillik illərində Xaçmaz rayonunda da yeni təşəkkül dövrünü yaşadı.Dövlətin kitabxana işi sahəsində apardığı islahatlar nəticəsində kitabxanaların sayı artmış, onların maddi-texniki bazası möhkəmlənmiş, binaları təmir edilmiş, kitab fondları əsaslı şəkildə inkişaf etdirilmiş, oxuculara xidmət sistemi tamamilə yenidən qurulmuş, yüksək ixtisaslı kadrlarla təmin edilmişdir. Rayonda kitabxana şəbəkəsi genişdir. Xaçmaz mərkəzləşdirilmiş kitabxana sistemində vahid kitabxana sistemi yaradılmış, kitabxana sistemi informasiya mərkəzi olaraq fəaliyyət göstərməkdədir.

Xaçmaz rayonu hazırda respublikanın ən geniş təhsil şəbəkəsinə malik rayonlarından birinə çevrilmişdir. Hazırda rayonda 123 ümumtəhsil məktəbi, 25 məktəbəqədər, 2 məktəbdənkənar müəssisə, 1 peşə liseyi və 1 peşə məktəbi fəaliyyət göstərir.

Xaçmaz Rayon, Zərifə Əliyeva Adına 8 saylı tam orta Məktəb Lisseyi

eyi