Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Müstəqil Azərbaycan Respublikasının banisi, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əlirıza oğlu Əliyevin xatirəsi respublikamızın hər yerində olduğu kimi Xaçmaz rayonunda da uca tutulur və böyük ehtiramla yad edilir. Məhs ulu öndərimizin xatirəsinin əbədiləşdirilməsi və xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərinin gələcək nəsillərə ötürülməsi məqsədi ilə 2005 - ci il may ayının 10 - da ümumilli lider Heydər Əliyevin anadan olmasının 82 - ci ildönümü ərəfəsində Xaçmaz rayonunda Heydər Əliyev Mərkəzi muzey kimi fəaliyyətə başlamışdır.

2016- cı ildən isə mərkəz daha yeni binaya, öz əzəmətli görkəmi ilə Heydər Əliyev parkına və eləcədə şəhərimizin gözəlliyinə xüsusi yaraşığ verən, müasir və qədim şərq memarlığı üslubunda tikilmiş daha böyük və geniş imkanlara malik bir binada fəaliyyətini davam etdirir. 2016 - cı ilin sentyabr ayının 8- də rayonumuzda səfərdə olan ölkə Başçısı cənab İlham Əliyev Mərkəzin açılışını həyata keçirmişdir.

2770 km2 sahəni əhatə edən mərkəz iki mərtəbədən ibarətdir. Mərkəzin birinci mərtəbəsində ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən eksponatlar, həmçinin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rayonumuza səfərlərini əks etdirən foto materiallar nümaiş olunur. Mərkəzin əsas zal hissəsində ulu öndərimizin heykəltaraş Akif Əsgərov tərəfindən qranitdən hazırladığı büstü yer alır. Burada konfrans zalı, dəyirmi masa, kitabxana otağı, dərnək otaqları, ekskursiya sərgi- salonları və digər xidməti otaqlar yaradılmışdır. Xaçmaz Heydər Əliyev Mərkəzinin əsas iş fəaliyyəti bura gələn ziyarətçilərə dahi şəxsiyyət Heydər Əliyevin xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərindən hər bir yaş kateqoriyasına uyğun olaraq geniş və ətraflı məlumat vermək, müxtəlif dövlət tədbirlərini və eləcədə anım günlərini qeyd etməkdir. Mərkəzin kollektivi eyni zamanda müxtəlif layihələr həyata keçirir. Mərkəzdə muzey eksponatlarının zənginləşdirilməsi məqsədi ilə "Tədqiqat" qrupu yaradılıb. Gənclərimizin asudə vaxtlarının səmərəli keçirmələri və müxtəlif peşə sahələrinə yiyələnmələri məqsədi ilə müxtəlif dərnək və kurslar fəaliyyət göstərir.

Xaçmaz Heydər Əliyev Mərkəzinin daha iki filialı fəaliyyət göstərir. Belə ki, 140 kv m 2 sahəsi olan Xudat şəhər Heydər Əliyev muzeyi 2006 - cı ilin may ayının 10 - da, 120 kv m2 sahəsi olan Yalama kənd Heydər Əliyev muzeyi 2008 - ci ilin may ayının 10 - da yaradılaraq istifadəyə verilmişdir.