Mərkəzin binası

2005 - ci ildə yaradılmış Ümumilli lider Heydər Əlirıza oğlu Əliyevin nurlu xatirəsini özündə əbədiləşdirən Xaçmaz Heydər Əliyev Mərkəzi öz iş fəaliyyətini 2016 - cı ildən daha yeni, milli arnamentlərlə inşa edilmiş binada davam etdirir. Binanın ümumi sahəsi 2770 kv m2 - dir.

İki mərtəbədən ibarət binanın birinci mərtəbəsində ekskursiya sərgi salonu, 300 yerlik konfrans zalı, xalçaçılıq otağı ( xalça dərnəyi), sərgi zalı, bar, ikinci mərtəbədə bir böyük dəyirmi masa 55 yerlik, iki kiçik dəyirmi masa 10 yerlik, qalereya otağı ( rəsm dərnəyi), kitabxana otağı və digər inzibati otaqlar mövcuddur.

Foye - Foyenin mərkəz hissəsində ulu öndərimizin büstü qoyulmuşdur. Burada ümumilli liderin həyat və yaradıcılığından bəhs edən foto şəkillər, sənədlər nümaiş olunur.

Akt zalı - 300 yerlik akt zalı rayon əhəmiyyətli böyük tədbir və konsertlərin keçirilməsi üçün əlverişlidir. Zal həmçinin kino nümaişləri üçün də nəzərdə tutulmuşdur.

Böyük dəyirmi masa - 60 yerlik dəyirmi masa iclasların keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Kiçik dəyirmi masa- 10 yerlik dəyirmi masada Mərkəzdə fəaliyyət göstərən " Bədii qiraət" dərnəyinin məşğələləri keçirilir.

Xalçaçılıq otağı - Burada xalçaçılıq dərnəyinin üzvləri qədim əl sənətimiz olan xalçalarımızın sirlərini öyrənir və peşə sənətinə yiyələnirlər.

Bar - Tədbirlər zamanı ziyarətçilərə xidmət göstərmək üçün nəzərdə tutulub.

Sərgi salonu - Mərkəzdə keçirilən tədbirlər zamanı sərgilərin nümaişi üçün nəzərdə tutulub.