Cəlilabad rayonunda xüsusi karantin rejiminə nəzarət gücləndirildi

Cəlilabad rayonunda xüsusi karantin rejiminə nəzarət gücləndirildi

Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq, koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri Cəlilabad rayonunun Göytəpə şəhərində də operativ şəkildə icra olunur.
01 aprel 2020-ci ildə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, başçının müavinləri Göytəpə şəhərində olub, fərdi izahetmə-xəbərdarlıq işləri apararaq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə edib.
Həmçinin, sakinlərə spirt, tibbi maskalar, əlcəklər və maarifləndirici çap materialları paylanılıb.
Bununla barəbər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə fəaliyyətlərinə məhdudiyyət müəyyən edilmiş bir sıra sahibkarlıq obyektlərinin tələblərə əməl etməsi vəziyyətini öyrənmək məqsədilə müşahidələr aparılıb.