Cəlilabadda RİH başçısının iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilir

Cəlilabadda RİH başçısının iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Cəlilabad rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi gücləndirilib.
31 mart 2020-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Cəlilabad şəhərindəki park və küçələrdə fərdi izahetmə-xəbərdarlıq işləri apararaq, karantin rejiminin tələblərinə əməl etməyən sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə edib.Vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələrinin məcburi olduğu bildirilmiş və yalnız zəruri ehtiyac yaranarsa qoruyucu vasitələrin köməyi ilə qısa vaxt ərzində çöl işlərinin görülməsi tapşırılmışdır.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılılaraq yaşayış məntəqələrində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə əhali arasında maarifləndirmə işinin aparılması təmin edilir, rayonda gündəlik olaraq dezinfeksiya işləri aparılır.