Cəlilabad, Masallı və Yardımlı rayon təhsil işçilərinin 5 sentyabr 2019-cu il tarixdə zona konfransının plenar müşavirəsi keçirilib

Cəlilabad, Masallı və Yardımlı rayon təhsil işçilərinin 5 sentyabr 2019-cu il tarixdə zona konfransının plenar müşavirəsi keçirilib

Cəlilabad, Masallı və Yardımlı rayon təhsil işçilərinin 5 sentyabr 2019-cu il tarixdə zona konfransının plenar müşavirəsi keçirilib. Müşavirədə Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri Q.Əhmədova, Masallı rayon Təhsil Şöbəsinin müdiri T.Əkbərov, Yardımlı rayon Təhsil Şöbəsinin müdiri M.Bağışov hesabat məruzəsi ilə çıxış ediblər.
Daha sonra Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxış edərək hesabatlara öz münasibətini bildirib. Aydın Əhmədov buraxılış və qəbul imtahanlarının nəticələri, təhsil sahəsində tətbiq olunan yeniliklərin təhsil ictimaiyyətinə çatdırılması kimi məsələlərə toxunub. Aydın Əhmədov ümumtəhsil məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Konfrans müzakirələrlə davam etdirilib, hər üç rayonun təhsil içilərini maraqlandıran suallar cavablandırılıb.