ZƏNGƏZUR DƏHLİZİNİN REALLAŞMASI YENİ İMKANLARA YOL AÇIR

ZƏNGƏZUR DƏHLİZİNİN REALLAŞMASI YENİ İMKANLARA YOL AÇIR Dövlətimiz bütün beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir. Təşkilatın Aşqabadda keçirilən növbəti zirvə görüşündə Prezidentimiz cənab İlham Əliyev təşkilata daxil olan ölkələrin əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə irəli sürdüyü ideyaların zamanı gəldikcə həyata vəsiqə qazanıb. Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Bu konteksdə tezliklə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı böyük önəm kəsb edir. Ulu öndər Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış edib, 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb, 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb. İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir. Soçi görüşündən sonra Prezident İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan edib. Bu o deməkdir ki, tezliklə dəhlizin gerçəyə çevrilməsi istiqamətində əməlli addımlar atılacaq. Ermənistan buna əngəl olmaq imkanında deyil. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək, İƏT-ə üzv ölkələri də bu dəhlizdən böyük fayda götürəcək. Ərazilərin azad olunmasından dərhal sonra Azərbaycanın bu torpaqlarda genişmiqyaslı yenidənqurma işlərinə başlaması, yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salması, Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edilməsi kontekstində Azərbaycan Prezidenti İƏT-də də “qurucu lider” kimi tanınır. Təşkilatın üzvü olan ölkələrin rəhbərlərinin dövlətimizin başçısını qələbə münasibətilə təbrik etməsi bir daha cənab İlham Əliyevin yüksək beynəlxalq nüfuzundan xəbər verir. Artıq beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldən Aərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Simran Əlizadə