ÖLKƏMİZİN HƏYATINDA ƏLAMƏTDAR HADİSƏ

ÖLKƏMİZİN HƏYATINDA ƏLAMƏTDAR HADİSƏ
ÖLKƏMİZİN HƏYATINDA ƏLAMƏTDAR HADİSƏ Azərbaycanın ayrılmaz parçası olan Qarabağ, Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa yenidən öz tarixi günlərini yaşayır. Prezident İlham Əliyev qeyd edib ki, Şuşanın bərpası yanvarın 14-dən başlandı və qısa müddətdə böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. Zəfər yolu artıq inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilib. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni, Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Bu barədə Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında şəhərin bərpası istiqamətində görülən işlərdən danışarkən bildirib. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Molla Pənah Vaqifin, Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün abidələrinin, muzeylərinin bərpası Azərbaycan xalqının mətinliyinin, məğlubedilməzliyinin rəmzinə çevrildi. Bu, həmçinin dövlətimizin başçısının milli-mənəvi dəyərlərimizə, tarixi, mədəni irsimizə verdiyi qiymətin əyani təsdiqidir. Bütün bunlar təkcə mədəniyyət paytaxtımızda deyil, bütövlükdə tarixi torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm hadisələrdir. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm şəkildə qeyd olunması doğma torpaqlarımıza qayıdışımızın daha bir göstəricisidir. Ermənilər tərəfindən dağıdılmış üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdürOndan sonra “Xarıbülbül” oteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi və digər addımlar atıldı. Qeyd edək ki, Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə sahibdir. İşğal dövründə talan edilən muzeylərdə Azərbaycana məxsus qiymətli tarix və mədəniyyət nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olub. Məhv edilən həmin xəzinələr təkcə Azərbaycanın yox, həm də bütün dünya mədəniyyətinin nümunələri idi. Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri ziyarətçiləri sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahətə aparır. Burada nümayiş etdirilən əsərlərdə əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünyagörüşünə böyük təsir edib. Bizə bu Qələbəni bəxş edən, gözəl Qarabağımızı, Azərbaycan mədəniyyətinin incisi Şuşanı bizə qaytaran başda Ali Baş Komandan olmaqla bütün qəhrəmanlarımıza minnətdarıq. Səadət Quliyeva, müəllim