Azərbaycan Respublikası Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin 24.01.2012 - ci il tarixli 19 nömrəli əmrinə əsasən Heydər Əliyev Muzeyləri Heydər Əliyev Mərkəzləri kimi fəaliyyətə başlamışdır.

Məlumat üçün bildiririk ki, Cəlilabad rayonunda 2008 - ci ildən fəaliyyətə başlayan Heydər Əliyev Muzeyi müasir dövrün tələblərinə cavab vermirdi. Ona görə də 2014 - cü ildə daha möhtəşəm və hərtərəfli şəraitə malik olan yeni inzibati binanın tikintisinə başlanılmış və 2015 - ci il avqust ayının 11 - in də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev yeni mərkəzin açılışını etmişdir. Mərkəzin muzey hissəsində 8 stend, 4 kitab vitrini, 2 diplom vitrini vardır. Diplom vitrinlərin də Ulu Öndərin aldığı diplomları, attestat və tərifnamələri vardır. Stendlərin 7 - si Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əhatə edir, 1 - i isə hazırki prezidentimiz Cənab İlham Əliyevin Cəlilabada səfərlərini əks etdirir.