Heydər Əliyev və Cəlilabad

Heydər Əliyev və Cəlilabad

Ümummilli Lider Heydər Əliyev Cəlilabada ilk dəfə 1976 - cı ildə gəlmişdir. Həmin dövrdə Heydər Əliyev Sov.İKP MK - nin Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK - nın 1 - ci katibi idi. Ulu Öndər Cəlilabadda üzüm emalı və istehsalı müəssisəsi ilə tanış olmuş, Cəlilabad broyler quşçuluq fabrikində olmuş, rayon zəhmətkeşləri ilə görüşmüş və Cəlilabad rayonu Partiya - təsərrüfat fəallarının yığıncağında iştirak etmişdir.

Ulu Öndər 2-ci dəfə Cəlilabada 1977 - ci ildə gəlmişdir və Cəlilabadda iribuynuzlu mal - qara sovxozunda yaradılmış şəraitlə tanış olmuş və rayon zəhmətkeşləri ilə görüşmüşdür.

3 - cü dəfə Ümummilli Lider Heydər Əliyev Cəlilabada 1980 - cı ildə gəlmişdir. Ulu Öndər rayon ictimaiyyəti ilə görüş keçirmiş və rayon zəhmətkeşləri ilə görüşmüşdür. Həmin dövrdə İbrahim Qurbanov Azərbaycan KP Cəlilabad Rayon Partiyasının 1 - ci katibi vəzifəsinə təyin olunmuşdur. Sosialist Əməyi qəhrəmanı İbrahim Qurbanovu rəhbər vəzifəyə Ümummilli Lider Heydər Əliyev irəli çəkmişdir. İ.Qurbanov dahi insan, dünya şöhrətli siyasətçi Heydər Əliyevi, onun xalqımız qarşısındakı xidmətlərini həmişə yüksək qiymətləndirirdi. Çalışırdı ki, bu dahi insanın etimadını ləyaqətlə doğrultsun. Deyirdi ki, Heydər Əliyev bizim fəxrimizdir, onun nuru Türk dünyasını işıqlandırır. Ulu Tanrı onu bu xalqa xilaskar göndərib.Qeyd etmek lazımdırki, İbrahim Qurbanovun katibliyi dövründə Cəlilabadda üzüm istehsalı 60 min tondan 261 min tona çatmışdı. Mərkəzi mətbuatda, mavi ekranlarda Cəlilabadın qəhrəman üzümçülərinin misilsiz qələbəsinə geniş yer ayrılmışdır.

Ulu Öndər Heydər Əliyev Cəlilabada 1981 - ci ildə 4 - cü dəfə gəlmişdir. Ümummilli Lider Heydər Əliyev “ 1 may ” üzümçülük sovxozunda olmuş və rayon zəhmətkeşləri ilə görüşmüşdür.

5 - ci dəfə Ümummilli Lider Heydər Əliyev Cəlilabada 1982 - ci ildə gəlmişdir. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan SSR - yə rəhbərlik edirdi. Heydər Əliyev Cəlilabadda məhsul yığımı ilə tanış olmuş və rayon zəhmətkeşləri ilə görüşmüşdür.

6 - cı dəfə Ulu Öndər Heydər Əliyev Cəlilabada 1998 - ci ildə gəlmişdir.Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev ölkəmizdə 2 - ci dəfə prezident seçıilmişdir. Ulu Öndər Cəlilabadda rayon sakinləri ilə görüş keçirmişdir.