Mərkəzin muzey hissəsində 8 stend mövcuddur ki, onlardan 7 - si Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əhatə edir, 1 - i isə hazırki prezidentimiz Cənab İlham Əliyevin Cəlilabada səfərlərini əks etdirir. Stendllər də 95 şəkil, 1 büst, Ulu Öndərin diplom və fəxri fərmanları yer alır.

Birinci stenddə Ulu Öndərin uşaqlıq, gənclik və tələbəlik illəri yer almışdır.

Ümummilli Lider Heydər Əlirza oğlu Əliyev 1923 - cü il mayın 10 - un da Naxçıvan şəhərində anadan olmuşdur. 1939 - cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitunun memarlıq fakültəsinə daxil olmuşdur, lakin ikinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır.

Heydər Əliyev 1941 - 1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950 - ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957 - ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1967 - ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

İkinci stenddə 1969 - 1980 - cı illərdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər yer almışdır.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969 - cu il iyulun 14 - ün də keçirilmiş plenumunda Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Ümummilli Lider Heydər Əliyevin 70 – 80 - cı illərdəki çoxillik məqsədyönlü və titanik fəaliyyəti nəticəsində Azərbaycan sənaye və kənd təsərrüfatının strukturu köklü dərəcədə dəyişmiş, bir çox yeni zavodlar, fabriklər, elektrik stansiyaları tikilib işə salınmış, taxılçılıq, pambıqçılıq, üzümçülük inkişaf etdirilmişdir.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974 - 1979 - cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub. Bu illər ərzində Azərbaycanın ictimai - siyasi həyatında böyük dönüş baş vermiş, bugünkü müstəqilliyimizin əsasını təşkil edən iqtisadi, siyasi, sosial, elmi, mədəni potensial yaranmışdır.

Üçüncü stenddə sovet dövründə gördüyü işlər yer almışdır.

1976 - cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982 - ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ - nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987 - ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Dördüncü stenddə Ulu Öndərin Naxçıvan Ali Sovetində çalışdığı dövr yer almışdır.

Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991 - ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990 - cı il iyulun 20 - sin də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991 - ci il sentyabrın 3 - ün də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə O, 1993 - cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992 - ci il noyabrın 21 - in də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

Beşinci stenddə Ulu Öndərin 1 - ci dəfə Azərbaycan prezidenti vəzifəsində çalışdığı dövr yer almışdır.

1993 - cü ilin may - iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993 - cü il iyunun 15 - in də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24 - ündən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993 - cü il oktyabrın 3 - ün də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

Altıncı stenddə Ulu Öndər Heydər Əliyevin 2 - ci dəfə Azərbaycan prezidenti vəzifəsində çalışdığı dövr yer almışdır.

Ümummilli Lider Heydər Əliyev 1998 - ci il oktyabrın 11 - in də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Heydər Əliyev Müstəqil Azərbaycan dövlətini yaratmış, onun əbədi olması üçün möhtəşəm bir proqram hazırlamış, dövlətçilik ənənələrini formalaşdırmışdır.

2003 - cü il oktyabrın 15 - in də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

2003 - cü il dekabrın 12 - in də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15 - in də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ - nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

Yeddinci stenddə Ulu Öndərin Cəlilabad səfərləri yer almışdır.

Ulu Öndər Cəlilabada 1976, 1977, 1980, 1981, 1982, 1998 - ci illərdə səfərlər etmişdir. O, hər gəlişində rayon zəhmətkeşləri ilə görüşür, Cəlilabadda üzüm emalı istehsalı müəssisələri və onların məhsul yığımı ilə tanış olurdu.

Həmin dövrdə İbrahim Qurbanov Azərbaycan KP Cəlilabad Rayon Partiyasının 1 - ci katibi vəzifəsinə təyin olunmuşdur. Sosialist Əməyi qəhrəmanı İbrahim Qurbanovu rəhbər vəzifəyə Ümummilli Lider Heydər Əliyev irəli çəkmişdir. İ.Qurbanov dahi insan, dünya şöhrətli siyasətçi Heydər Əliyevi, onun xalqımız qarşısındakı xidmətlərini həmişə yüksək qiymətləndirirdi. Çalışırdı ki, bu dahi insanın etimadını ləyaqətlə doğrultsun. Deyirdi ki, Heydər Əliyev bizim fəxrimizdir, onun nuru Türk dünyasını işıqlandırır. Ulu Tanrı onu bu xalqa xilaskar göndərib. Qeyd etmek lazımdır ki, İbrahim Qurbanovun katibliyi dövründə Cəlilabadda üzüm istehsalı 60 min tondan 261 min tona çatmışdı. Mərkəzi mətbuatda, mavi ekranlarda Cəlilabadın qəhrəman üzümçülərinin misilsiz qələbəsinə geniş yer ayrılmışdır.

Sonuncu stenddə cənab İlham Əliyevin Cəlilabad səfərləri yer alır.

Prezidentimiz Cənab İlham Əliyev Cəlilabada 8 dəfə səfər etmişdir. Prezidentimiz səfərləri zamanı Fidan körpələr evinin, Tarix - Diyarşünaslıq Muzeyinin, Cəlilabad Su Kanalizasiya Sisteminin, Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin, Cəlilabad Broyler ASC - nin Quşəti istehsalı müəssisəsinin, Olimpiya İdman Kompleksinin, Rayon Mərkəzi Xəstəxananın, Cəlilabad Hamarqışlaq - Sadatlı avtomobil yolunun və.s açılışlarında iştirak etmişdir.