8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov bütün qadınları bayram münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmış, gələcək fəaliyyətlərində uğurlar diləmişdir.N.Zeynalov bildirmişdir ki, milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində duran Azərbaycan qadınları öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli mənəvi dəyərlərimizin formalaşmasında mühüm rol oynayırlar. Müstəqil Azərbaycanın bugünkü ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında qadınlarımızın rolu xüsusi vurğulanmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınının zəhmətini, fəaliyyətini daim yüksək qiymətləndirdiyini vurğulayan N.Zeynalov demişdir ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım özünün məqsədyönlü fəaliyyəti ilə Azərbaycan qadınının həm gözəl ana, həm də fəal ictimai-siyasi xadim ola biləcəyini bütün dünyaya sübut edir.
Tədbirdə çıxış edənlər qadınları təbrik etmişlər. Sonra cəmiyyətdə qadınların rolundan, onların tariximizə yazdıqları parlaq səhifələrdən ətraflı söhbət açmışlar. Həmişə olduğu kimi, qadınların bu gün də ölkəmizdə hüquqi dövlət quruculuğunda, demokratik cəmiyyətin inkişafında yaxından iştirak etdikləri diqqətə çatdırılmışdır.
Sonda rayonun ictimai-siyasi, sosial-mədəni həyatında xüsusi xidmətləri ilə fərqlənən qadınlara hədiyyələr təqdim olunmuşdur.