Cəlilabadda Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub

Cəlilabadda Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri keçirilmişdir.Tədbirdə rayon icra hakimiyətinin başçısı Namiq Zeynalov, hüquq müahfizə orqanları, idarə, müəssisə, təşkilatlar, icra nümayəndələri, bələdiyyələr, təhsil müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində təşkil edilən “Xocalı soyqırımı” mövzusunda rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.Tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Sonda Xocalı faciəsinə həsr olunmuş, Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın və qocaların başına gətirilən müsibətlərdən, erməni vəhşiliyindən bəhs edən səhnə əsəri nümayiş etdirilmişdir.