Cəlilabad Heydər Əliyev Mərkəzi və GİKM-in Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə karantin qaydaları gözlənilməklə tələbələr və məktəbli gənclərin iştirakı ilə Zəfər gününə həsr olunan "Qürurla Zəfərə doğru" adlı tədbir keçirildi.

Tədbirdə Mərkəzin direktoru O.Qəhrəmanova çıxış edərək qeyd etdi ki, torpaqlarımızın işğal altında olduğu illərdə vətəndaşlarımız heç vaxt ümidini itirmədi. Torpaqlarımızın günlərin birində azad olunacağı ilə bağlı inamları gündən-günə böyüdü. Onların inamını daha da gücləndirən isə Prezident İlham Əliyevin yürütdüyü siyasət idi. Çünki bu siyasət torpaqlarımızın işğaldan azad olunacağı tarixi hər gün yaxınlaşdırırdı. Ötən ilin Vətən müharibəsində qazanılan qələbə bu inamın əbəs olmadığını göstərdi. 44 günlük savaşda şəhidlərimiz, qazilərimiz qəhrəmancasına iştirak edərək, böyük şücaətlər göstərdilər, tarixi qələbəmizin qazanılmasına özlərinin layiqli töhfələrini verdilər. Azərbaycan vətəndaşları məhz bu amalla yaşayır, işləyir və öz sabahlarını qururlar.

Sonda gənclərə Vətən müharibəsindən bəhs edən "27 sentyabrdan Qələbəyə Doğru" sənədli filmi izlədilmişdir.